Şəkidəki ağır qəza ilə bağlı rəsmi açıqlama

21:51 18.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə ağır yol qəzası baş verib.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

 

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.